Okt 31, 2022 13:47 Asia/Baku
  • İranda daha bir terrorçu ələ keçdi

İranda İmamzadəyə hücumda əli olan daha bir İŞİD terrorçusu ələ keçib.

SəhərAzəri-nin məlumatına əsasən, İran Kəşfiyyatı Şahçırağ İmamzadəsinə hücumda əli olan daha bir terrorçunu ələ keçirib.

Bunu İranın təhlükəsizlik naziri Seyid İsmayıl Xətib deyib.

O bildirib ki, Şirazda Əhməd ibni Musa Kazimin (ə) hərəminə hücum edən ikinci adam ələ keçirilib.

Qeyd edək ki, hücumu birbaşa həyata keçirən şəxs onun zərərsizləşdirilməsi zamanı aldığı yaradan ölüb. Onun kimliyi və hansı ölkə vətəndaşı olduğu məlum deyil.

İŞİD-in məsuliyyətini üzərinə götürdüyü bu hücumda 15 nəfər nəfər şəhid olub və 40-a yaxın yaralanıb.

Teqlər