Dek 10, 2022 13:23 Asia/Baku
  • İranın şimal-şərqində terrorçu dəstənin üzvləri həbs edilib

İslam İnqilabı Keşikçiləri Korpusunun ictimaiyyətlə əlaqələr şöbəsi Rəzəvi Xorasan vilayətində terrorçu dəstənin üzvlərinin həbs edildiyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Rəzəvi Xorasan vilayətində İmam Rza (ə) Korpusunun ictimaiyyətlə əlaqələr şöbəsi yaydığı bəyanatda bildirib ki, onun qüvvələri Rəzəvi Xorasan vilayətinin şərqində "Ceyşül-Zülm" terror qruplaşmasına bağlı terror dəstəsinin üzvlərini müəyyən və həbs edib.

Bildirilib ki, terrorçu dəstə müqəddəs Məşhəd şəhərində sabitliyi pozan hərəkətlər və terror əməliyyatları, o cümlədən valilik binasına hücum etmək və Məşhədin imam cüməsinə qarşı sui-qəsd təşkil etnəyi planlaşdırıb.

İnqilab Keşikçiləri Korpusunun bəyanatına görə, bu şəxslərin gizləndiyi yerlərdən külli miqdarda silah, sursat və partlayıcı maddələr aşkar edilib, onların digər vilayətlərdəki agentləri və köməkçiləri də müəyyən edilib və hazırda kəşfiyyat nəzarəti altındadır.

ABŞ və sionist rejim son illərdə İranda baş verən iğtişaşların və küçə zorakılıqlarının əsas himayədarlarından sayılır. Ölkədə son bir neçə həftədə baş verən hadisələr və iğtişaşlarda da onların terrorçuları dəstəkləmək və iğtişaşları qızışdırmaqla rolu olub.

Teqlər