İran Çinlə strateji tərəfdaşlığa xüsusi dəyər verir
https://azeri.sahartv.ir/news/İranda_iğtişaşlar-i423138-İran_Çinlə_strateji_tərəfdaşlığa_xüsusi_dəyər_verir
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Çinə səfərindən sonra bildirib ki, bu gün verilən qərarlar regionun gələcək strateji balansına təsir göstərəcək.
(last modified 2026-09-19T13:11:55+00:00 )
Sen 19, 2026 17:03 Asia/Baku
  •  İran Çinlə strateji tərəfdaşlığa xüsusi dəyər verir

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Çinə səfərindən sonra bildirib ki, bu gün verilən qərarlar regionun gələcək strateji balansına təsir göstərəcək.

Seyid Abbas Əraqçi “X” sosial şəbəkəsindəki səhifəsində yazıb: “Çində tərəfdaşlarımızla uğurlu məsləhətləşmələr apardım. İran zamanla qurduğumuz strateji tərəfdaşlığa xüsusi dəyər verir”.Əraqçi əlavə edib: “Bu gün qəbul edilən qərarlar regionun gələcək strateji balansına təsir göstərəcək və çoxsaylı və genişmiqyaslı nəticələrə səbəb olacaq.”İranın xarici işlər naziri sonda qeyd edib ki, Çin prezidenti Si Cinpin tərəfindən irəli sürülən sülh üçün dörd prinsip mühüm əhəmiyyət daşıyır.