Azərbaycan "Avronest"-dən çıxır, Avropa Parlamenti üzvlərinin Azərbaycana girişinə qadağa qoyulur
Sen 14, 2015 20:16 Asia/Baku
-
Azərbaycan "Avronest"-dən çıxır, Avropa Parlamenti üzvlərinin Azərbaycana girişinə qadağa qoyulur
Azərbaycan Milli Məclisi Avropa Parlamentinin Azərbaycan haqqında qətnaməsi ilə bağlı qərar qəbul edib.
Trend-in məlumatına görə, qərarda qeyd olunur ki, Avropa Parlamentinin qətnaməsi Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının son dərəcə təhqiramiz xarakter aldığını göstərir.Qərarda o da bildirilir ki, qətnamədə Azərbaycana qarşı irəli sürülən tələblər heç bir hüquqi əsasa malik deyil. Avropa Parlamenti ötən ilin sentyabr ayında yeni tərkibdə fəaliyyətə başlayandan onun rəhbərliyi üzündən Azərbaycanla əməkdaşlıq baş tutmayıb, Avropa Parlamentinin sədri deputatların Azərbaycana səfərlərinə qeyri-rəsmi qadağa qoyub. Azərbaycanla bu təşkilat arasında normal dialoq mümkün olmayıb. Avropa Parlamentinin sədri Martin Şults ələbaxan qrupların fəaliyyətinə göz yumur.
Azərbaycan Milli Məclisi həmçinin qərar qəbul edib ki Azərbaycan nümayəndə heyətinin "Avronest" Parlament Assambleyasının iclaslarında iştirak edilməsinə son qoyulsun, fəaliyyəti dayandırılsın. Qərarda həmçinin deyilir: Nazirlər Kabinetinə tapşırılsın ki, Azərbaycanın məsul şəxsləri ilə bağlı sanskiya tətbiq olunacağı təqdirdə Avropa Parlamenti üzvlərinin Azərbaycana girişinə qadağa qoyulsun".
Milli Məclisin Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsinə həsr olunmuş plenar iclasının əvvəlində spiker Oqtay Əsədov çıxış edib.
Spiker giriş nitqində deyib: Azərbaycan parlamenti dəfələrlə Avropa Parlamentinin qərəzli münasibti olub. Bu dəfə Avropa Parlamenti bütün çərçivələri keçib, tərbiyyəsizcəsinə Azərbaycan siyasi hakimiyyətinə şər atılıb.
O.Əsədov əlavə edib: Adətən, belə məsələlərdə 40-50, 60 deputat iştirak edib: “Ancaq bu dəfə Azərbaycanın məsələsini “təxirəsalınmaz” adı altında müzakirəyə çıxarıblar. Çox az halda olub ki, Avropa Parlamentində 635 deputat iştirak etsin, bu dəfə o qədər deputat iştirak edib.
Spiker daha sonra deyib: Avropa Parlamentinin xarici əlaqələr komitəsini sədri çıxışında dedi ki, “əvvəlcə komitədə məsəlni üzakirə etməliyik, əks təqdirdə Azərbaycanı itirə bilərik”.
Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin sədri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da parlamentdə keçirilən iclasda çıxışı zamanı deyib: “Avropa Parlamentinin qəbul etdiyi qətnamə Milli Məclisdə ciddi təhlil olunmalıdır. Azərbaycan ölkəyə qarşı aparılan provakasiyanı pisləyir və layiqli cavab verilməsini tələb edir”.
İclasın davamında söz alan digər deputatlar da Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsini tənqid ediblər.