Eldar Mahmudov KQB-nin casusu olub
https://azeri.sahartv.ir/news/azərbaycan-i211372-eldar_mahmudov_kqb_nin_casusu_olub
Azadlıq qəzeti yazıb: Azərbaycan Respublikasında jurnalist Eynulla Fətullayev bir məqalədə iddia edib ki, Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov KQB-nin casusu olub və 1982-ci ildən könüllü şəkildə KQB ilə əməkdaşlığa başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 16, 2016 16:49 Asia/Baku
  • Eldar Mahmudov KQB-nin casusu olub
    Eldar Mahmudov KQB-nin casusu olub

Azadlıq qəzeti yazıb: Azərbaycan Respublikasında jurnalist Eynulla Fətullayev bir məqalədə iddia edib ki, Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov KQB-nin casusu olub və 1982-ci ildən könüllü şəkildə KQB ilə əməkdaşlığa başlayıb.

Yazar əlavə edir: O SSRİ-nin dövründə KQB-nin göstərişi və dəstəyi ilə Bakı şəhərinin Kirov rayonunun polis şöbəsində işə götürülüb. Və hal-hazırda Rusiyanın təhlükəsizlik xidmətinin arxivlərində Eldar Mahmudov barəsində gizli məlumatlar vardır.

Bu qəzet əlavə edir: Qəribədir ki, Mahmudov Azərbaycan milli təhlükəsizlik naziri vəzifəsinə təyin olunduğu zaman bu məsələyə diqqət yetirilməyib.