The Guardian: Azərbaycanda hələ də "80 siyasi məhbus var"
May 30, 2016 09:18 Asia/Baku
Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının nümayəndəsi Azərbaycanda həbsxanada olan media üzvlərinin və bloqçuların azad edilməsinə çağırıb
“The Guardian” yazır ki, beynəlxalq insan haqları qrupları təhqiqatçı jurnalist Xədicə İsmayılovanın Azərbaycan həbsxanasından azad edilməsini alqışlayıblar, lakin onlar neftlə zəngin keçmiş sovet respublikasında hələ də çox sayda fəalın və jurnalistin məhbəsdə qaldığını xatırladıblar.
ABŞ-da mənzillənmiş insan haqları müdafiəsi üzrə Freedom House təşkilatının təxminlərinə görə Azərbaycanda xuliqanlıq və narkotik maddə ittihamları ilə həbs edilmiş ən azı 5 jurnalist də daxil 80 siyasi məhbus var.