Aşura günü Azərbaycanda qanvermə aksiyaları keçirilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i239435-aşura_günü_azərbaycanda_qanvermə_aksiyaları_keçirilib
Azərbaycan Respublikasında yüzlərlə insan bu gün İmam Hüseyn(ə) aşurası günündə Həzrət Əba Əbdullahil-Hüseynin(ə) nahaq yerə axıdılan qanının xatirəsinə qanvermə aksiyasında iştirak edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 12, 2016 14:22 Asia/Baku
  • Aşura günü Azərbaycanda qanvermə aksiyaları keçirilib
    Aşura günü Azərbaycanda qanvermə aksiyaları keçirilib

Azərbaycan Respublikasında yüzlərlə insan bu gün İmam Hüseyn(ə) aşurası günündə Həzrət Əba Əbdullahil-Hüseynin(ə) nahaq yerə axıdılan qanının xatirəsinə qanvermə aksiyasında iştirak edib.

Qafqaz Müsəlmanları İdarəsi, Səhiyyə Nazirliyi və qan köçürmə təşkilatının təşəbbüskarlığı ilə əhalinin Aşura günü qanverməsi üçün 15 məsciddə qanvermə inkanları yaradılıb. 

Bu gün yüzlərlə adamın qanvermə aksiyasına qatıldığı və qana ehtiyacı olanların tələbatını təmin etmək üçün qan verdikləri bildirilir.