Dek 09, 2016 19:55 Asia/Baku
  • Təbrizdə Netanyahunun Bakıya səfərinə qarşı aksiya keçirilib
    Təbrizdə Netanyahunun Bakıya səfərinə qarşı aksiya keçirilib

Təbrizli namaz qılanlar bu gün cümə namazından sonra etiraz aksiyası keçirərək sionist İsrail rejiminin baş nazirinin Azərbaycan Respublikasına planlaşdırılan səfərinin ləğv edilməsini istəyiblər.

Aksiyaçılar Azərbaycan Respublikası rəhbəliyini tənqid edərək Netanyahonun Bakıya səfərinin Müsəlman ölkələrə dəstək prinsipinə zidd olduğunu bildiriblər. 

Təbrizlilər Azərbaycan Respublikası hökumətini bu kimi səfərlərə yol açmaqla müsəlman birliyinə xələl gətirməkdən çəkinməyə, siyasi və iqtisadi mənafe naminə fələstinli məzlumların hüquqlarını görməməzliyə vurmamağa çağırıblar.

Vəliyi fəqihin Şərqi Azərbaycandakı nümayəndəsi aksiyada deyib: Netanyahonun iki həftəyədək Azərbaycan Respublikasına səfəri planlaşdırılır, bu rüsvayçı haldır, ona görə ki, bu adam sionistlərin və cinayətkarların başında durur və onu qəbul etmək azadəliyə ziddir.

Ayətullah Müctehid Şəbistəri deyib: Bu səfər müsəlmanlar qarşısında durmaq deməkdir ona görə ki, Azərbaycan Respublikasının xalqı müsəlmandır və bu ölkə rəsmiləri bu reallığı diqqətdə saxlamalıdırlar.  

Teqlər