100 azərbaycanlı iş adamı İrana gəlir
https://azeri.sahartv.ir/news/azərbaycan-i259706-100_azərbaycanlı_iş_adamı_İrana_gəlir
Ərdəbil ostandarı 100 azərbaycanlı iş adamı və sərmayə sahibinin Ərdəbil rəsmiləri və iş adamları ilə görüşüb, danışıqlar aparmaq üçün 2 həftəyə kimi İrana səfər edəcəklərindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 13, 2017 13:51 Asia/Baku
  • Ərdəbilin ostandarı Məcid Xudabəxşi
    Ərdəbilin ostandarı Məcid Xudabəxşi

Ərdəbil ostandarı 100 azərbaycanlı iş adamı və sərmayə sahibinin Ərdəbil rəsmiləri və iş adamları ilə görüşüb, danışıqlar aparmaq üçün 2 həftəyə kimi İrana səfər edəcəklərindən xəbər verib.

İRİB-nin verdiyi məlumata görə, Ərdəbilin ostandarı Məcid Xudabəxş deyib: Azərbaycanın sənaye və iqtisadiyyat nazirləri 2 həftə sonra 100 nəfərlik bir heyət ilə Ərdəbilə səfər edəcəklər. 

Ərdəbil ostandarı əlavə edib: Bu səfər zamanı İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi habelə, Azərbaycanın sənaye naziri müştərək iqtisadi əməkdaşlıq komissiyasının həmsədrləri olaraq Ərdəbildə birgə iqtisadi layihələr və sərmayə qoyuluşu barədə sənədlər imzalayacaqlar.