Fev 26, 2020 12:11 Asia/Baku
  • Tehranda Tehran-Bakı birgə hərbi komissiyasının iclası keçirilib
    Tehranda Tehran-Bakı birgə hərbi komissiyasının iclası keçirilib

İran və Azərbaycan Respublikasının birgə hərbi komissiyasının ikinci iclası iki tərəfin hərbi heyətlərinin iştirakı ilə Tehranda İran silahlı qüvvələrinin baş qərargahı məkanında keçirilib.

Bu iclas bu gün İran silahlı qüvvələrinin baş qərargahının beynəlxalq məsələlər və müdafiə diplomatiyası üzrə rəis müavini general Qədir Nezami və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi Fuad Məmmədovun sədrliyi və iki ölkənin hərbi ekspertlərinin iştirakı ilə təşkil edilib.

İclasda iki tərəfi maraqlandıran müxtəlif məsələlər, o sıradan elmi-tədqiqat əməkdaşlıqları, birgə manevrlər, müxtəlif təhsil sahələrində ekspert heyətlərinin mübadiləsi üzrə həmkarlıq sahələri araşdırılıb.

İran və Azərbaycan Respublikası tarix, mədəniyyət və sivilizasiya bağlılıqlarından əlavə, iki qonşu ölkə kimi birgə və uzun sərhədlərə, habelə bir çox hərbi, müdafiə, təhlükəsizlik və polis məsələlərində əməkdaşlıq üzrə geniş sahələrə malikdirlər. Qafqaz bölgəsi və Xəzər dənizinin təhlükəsizliyi, həmçinin narkotik vasitələr, insan alveri və terrorizm kimi məsələlər tərəflərin müzakirə üçün maraq göstərdikləri mövzulardandır.

 

 

Teqlər