Azərbaycan Respublikasının Prezidenti:
“Xalq Səbrinin bir həddi var”
Nazirlər Kabinetinin iclasında danışan Əliyev, Ermənistanın 12 iyul tarixində sərhəddə qarşıdurmalara başladığını və Ermənistan ordusunun Tovuz bölgəsindəki Azərbaycan mövqelərinə qəfil artileriya hücumuna keçdiyini bildirdi.
SəhərAzəri xəbər verir, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev ölkənin mülki yaşayış məntəqələrinin atəşə tutulması səbəbindən Ermənistanı “faşist dövləti” adlandıraraq, deyib: “İnsanların səbrinin də bir həddi var. Güclü bir ordu yaratmışıq, Dağlıq Qarabağ məsələsində Geriyə bir addım belə atmayacağıq”.
Nazirlər Kabinetinin iclasında danışan Əliyev, Ermənistanın 12 iyul tarixində sərhəddə qarşıdurmalara başladığını və Ermənistan ordusunun Tovuz bölgəsindəki Azərbaycan mövqelərinə qəfil artileriya hücumuna keçdiyini bildirdi.
Əliyev Azərbaycan ordusunun dərhal cavab verərək həyatını itirən əsgərlərin qisasını aldıqlarını və "şanlı qələbə" qazandığını söyləyərək deyib: “Erməni qüvvələri Azərbaycan ərazisinin bir santimetrinə girə bilmədilər və heç vaxt müvəffəq olmayacaqlar. Əksinə, istəsəydik, bu gün Ermənistanın həmin bölgəsindəki ərazilərin çox hissəsini idarə edə bilərdik. Ancaq bizim belə bir məqsədimiz yox idi”.
Əliyev həmçinin, Ermənistan ordusunun həmin hücumda Azərbaycanın mülki yaşayış məntəqələrinə də atəş açdığı nəticəsində76 yaşlı bir mülki şəxsin həlak olduğuna işarə edərək, deyib: “Bu, bir daha Ermənistanın faşist dövlət olduğunu ortaya qoyur”.
Əliyev Azərbaycan xalqının Dağlıq Qarabağ üçün mənasız danışıqlardan bezdiyini vurğulayaraq deyib:
“Xalqın səbrinin də həddi var. Güclü bir ordu qurmuşuq. Dağlıq Qarabağla bağlı geriyə bir addım belə atmayacağıq. Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir və bu məsələdətam qərarlıyıq”.