Mirtacəddini: Qarabağın işğalının davam etməsi qəbuledilməzdir
İyul 24, 2020 08:30 Asia/Baku
İslam Şurasi Məclisinin Təbrizli üzvü deyib ki, Qarabağın işğalının davam eməsi İran xalqı və dövləti üçün qəbuledilməzdir.
SəhərAzəri xəbər verir, İran parlamentinin Təbrizdən olan millət vəkili və 10-cu hökumət dövründə prezidentin müavini olmuş Məhəmmədrza Mirtacəddini son günlər Tovuzda baş verən hadisələrə münasibət bildirərkən belə deyib.
O, öz “tvitter” səhifəsində qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün qorunması tamamilə təbiidir və Qarabağın işğalının davam etməsi və bu ərazidə yaşayan insanların evlərindən didərgin düşməsi İran xalqı və dövləti üçün qəbuledilməzdir.