Bakı islami ölkələri Qarabağda icra olunacaq layihələrdə iştiraka çağırıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i370174-bakı_islami_ölkələri_qarabağda_icra_olunacaq_layihələrdə_iştiraka_çağırıb
Azərbaycan Respublikasının iqtisadiyyat naziri islami ölkələri Qarabağ bölgəsində infrastruktur layihələrin icrasında iştiraka çağırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 29, 2020 10:54 Asia/Baku
  • Bakı islami ölkələri Qarabağda icra olunacaq layihələrdə iştiraka çağırıb

Azərbaycan Respublikasının iqtisadiyyat naziri islami ölkələri Qarabağ bölgəsində infrastruktur layihələrin icrasında iştiraka çağırıb.

SəhərAzəri xəbər verir, Mikayıl Cabbarov İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticari Əməkdaşlıq Komitəsinin 36-cı iclasındakı çıxışında deyib: Azad edilmiş Qarabağ bölgəsində tikinti layihələri və yeni infrastrukturların icrası Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biridir.

İslam Əməkdaşlıq Təşkilatının İslam Dünyasında rifahın yaxşılaşdırılmasındakı mühüm roluna toxunan Cabbarov bildirib ki, bu bölgədə investisiya üçün bir çox fürsətlər mövcuddur.

Bu iclas video-konfrans formasında Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın sədrliyi, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin nümayəndə heyətlərinin, bu təşkilatın ixtisas müəssisələrinin, həmçinin müxtəlif beynəlxalq orqanların nümayəndələrinin iştirakı ilə keçirilib.