Bakıda İlham Əliyev və Ərdoğanın iştirakı ilə qələbə paradı keçirilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i370643-bakıda_İlham_Əliyev_və_Ərdoğanın_iştirakı_ilə_qələbə_paradı_keçirilib
Azərbaycan Respublikasının paytaxtında bu gün Qarabağ müharibəsində qələbə münasibətilə möhtəşəm bir parad keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 10, 2020 16:46 Asia/Baku
  • Bakıda İlham Əliyev və Ərdoğanın iştirakı ilə qələbə paradı keçirilib

Azərbaycan Respublikasının paytaxtında bu gün Qarabağ müharibəsində qələbə münasibətilə möhtəşəm bir parad keçirilib.

SəhərAzəri Tənim-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bildirib ki, bu gün Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev xə Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda keçirilən zəfər paradında 3 mindən çox əsgər iştirak edib.

Tədbirdə ilk çıxış edən İlham Əliyev deyib: "Azərbaycan Respublikası Qarabağ müharibəsinin ilk saatlarından etibarən Türkiyənin dəstəyini hiss edirdi və Bakı da Türkiyə ilə birliyini dünyaya göstərdi".

"Ermənistan Azərbaycan xalqına qarşı hərbi cinayət törətdi", - deyə Azərbaycan Respublikası prezidenti əlavə edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Bakıda keçirilən Azərbaycan Respublikası ordusunun qələbə paradında çıxış edərək, deyib: "Mübarizə digər sahələrdə olduğu kimi siyasi və hərbi arenalarda davam edəcək."

O, həmçinin Qarabağı Azərbaycan Respublikasının ayrılmaz hissəsi kimi dəyərləndirib və İrəvanı hərbi cinayət törətməkdə ittiham edib.