Qarabağ müharibəsində AR həlak olan mülkilərinin sayı açıqlanıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i372030-qarabağ_müharibəsində_ar_həlak_olan_mülkilərinin_sayı_açıqlanıb
Son Qarabağ müharibəsində Azərbaycan Respublikasının yetmiş iki mülki şəxsi öldürülüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 14, 2021 15:32 Asia/Baku
  • Qarabağ müharibəsində AR həlak olan mülkilərinin sayı açıqlanıb

Son Qarabağ müharibəsində Azərbaycan Respublikasının yetmiş iki mülki şəxsi öldürülüb.

SəhərAzəri xəbər verir, Beynəlxalq Amnistiya Təşkilatı bir məlumatda bildiribdir ki, erməni qüvvələrin Azərbaycan Respublikasının şəhər və kəndlərinə qarşı hücumları nəticəsində bu ölkənin yetmiş iki dinc sakini həlak olub.

Bu məlumatda deyilir ki, Ermənistan qüvvələri həmin hücumlarda ballistik raketlərdən, çoxfunksiyalı raket atışı komplekslərindən, həmçinin artilleriyadan istifadə ediblər.

Həmin məlumata görə, ötən il oktyabrın 17-də Gəncə şəhərinin Muxtar Hacıyev küçəsinə «SKAD-B» tipli ballistik raketin düşməsi nəticəsində Azərbaycan Respublikasının dinc sakinlərindən 21 nəfər dünyasını dəyişib.