Azərbaycan Respublikasında iki hicab məhbusu azad edilib
Azərbaycan Respublikasında hicabın qadağan edilməsinə etiraz etdikləri üçün həbs edilən iki məhbus azadlığa buraxılıb.
SəhərAzəri xəbər verir, Firdovsi Məmmədrzayev və Azərbaycan Respublikası İslam Partiyasının sədri Mövsüm Səmədovun qohumu olan Dianət Səmədov həbs cəzaları bitdikdən sonra öz ailələrinin ağuşuna qayıdıblar.
Bu iki nəfər İslam Partiyasının üzvü idilər və 10 il əvvəl məktəblər və universitetlərdə hicabın qadağan olunmasına görə hökumətə etiraz etdikdən sonra uydurma səbəblər, o cümlədən narkotik və odlu silah gəzdirdimək kimi ittihamlarla həbs olundular.
Mövsüm Səmədov da 2011-ci ildə məktəblərdə hicabın qadağan edilməsinə etiraz etdiyi üçün Azərbaycan Respublikasında çevrilişə cəhd və odlu silah gəzdirmək və evində saxlamaq kimi ittihamlarla həbs olundu.