Azərbaycan Respublikasında koronavirusa yoluxma hallarının azalması prosesi davam edir
Azərbaycan Respublikası nazirlər kabinetinin yanında operativ qərargah ötən sutkada 74 nəfərin koronavirusa yoluxduğunu bildirərək, qeyd edib ki, yoluxanların sayı azalmaqda davam edir.
SəhərAzəri xəbər verir ki, Qərargahın bildirdiyinə görə, son bir gündə bu virus nəticəsində üç nəfər ölüb, 106 nəfər isə müalicə olunaraq, xəstəxanadan buraxılıbdır.
Əhalisinin sayı on milyon nəfərdən çox olan Azərbaycan Respublikasında koronavirusa yoluxanların ümumi sayı 232 min 197 nəfər elan olunubdur ki, onlardan 226 min 760 nəfər müalicə olunub, üç min 183 nəfər isə vəfat edibdir.
Səhiyyə orqanlarının gündəlik şəkildə dörd-beş min nəfərin koronavirusa yoluxduğunu elan etdikləri ötən iki ay ilə müqayisədə son bir ayda bu virusa yoluxma halları nəzərəçarpacaq dərəcədə azalıbdır. Belə ki, gündəlik yoluxma göstəricisi 200 nəfərdən çox olmayıb.
Azərbaycan Respublikası hökuməti son bir ayda Çinin «Sinovak» peyvəndindən istifadə ilə öz vətəndaşlarını peyvəndləməyə başlayıb və dörd milyon doza vaksin almaq üçün bu şirkətlə müqavilə bağlayıbdır.
İlk etapda səhiyyə orqanlarının işçilərinə və yaşı 65-dən yuxarı olan şəxslərə peyvənd vurulacaq.