Daha 995 nəfərdə koronavirus aşkarlandı
https://azeri.sahartv.ir/news/azərbaycan-i376020-daha_995_nəfərdə_koronavirus_aşkarlandı
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 995 yeni yoluxma faktı qeydə alınıb, 1136 nəfər müalicə olunaraq sağalıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 19, 2021 13:35 Asia/Baku
  • Daha 995 nəfərdə koronavirus aşkarlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 995 yeni yoluxma faktı qeydə alınıb, 1136 nəfər müalicə olunaraq sağalıb.

SəhərAzəri 525-ci qəzetə istinadən xəbər verir kiaa. Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 301661 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 265539 nəfər müalicə olunaraq sağalıb, 4169 nəfər vəfat edib, aktiv xəstə sayı 31953 nəfərdir.

Ölkədə son sutka ərzində 5 955, hazırkı dövrədək isə 3 114 879 test aparılıb.