Apr 26, 2021 06:41 Asia/Baku
  • Az. R-da vaksinasiya ilə bağlı son vəziyyət açıqlandı

Bu gün Azərbaycanda koronavirus əleyhinə 10 min 814 vaksin vurulub.

SəhərAzəri Qafqazinfo- ya istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələdə peyvənd olunanların sayı 4192, ikinci mərhələ üzrə 6622 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 1 milyon 423 min 295, birinci mərhələ üzrə vaksin olunanların sayı 939 min 098, ikinci mərhələ üzrə isə 484 min 197 təşkil edir

Teqlər