Avq 11, 2021 13:28 Asia/Baku
  • Azərbaycan Respublikasının dəniz qoşunları
    Azərbaycan Respublikasının dəniz qoşunları

Azərbaycan Respublikasının müdafiə nazirliyi bu ölkənin İran İslam Respublikasında birgə təlimlərdə iştiraka hazır olduğunu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikasının dəniz qoşunlarının xüsusi bölmələri iki hərbi gəmi və 66 nəfərlə müştərək təlimlərdə iştirak edəcəklər.

Azərbaycan Respublikası 2019-cu ildə bu beynəlxalq hərbi təlim-məşqlərə ev sahibliyi etmişdi.

«Dəniz kuboku» adlı bu təlmilər avqustun 22-də İran, Rusiya, Qazaxıstan və Azərbaycan Respublikasının dəniz qüvvələrinin nümunəvi bölmələrinin iştirakı ilə İranın Ənzəli limanında keçiriləcək.

 

Teqlər