“Ermənilər niyə hər şeyi dağıdıb?” yazdı, “Facebook” blokladı
Noy 19, 2021 11:34 Asia/Baku
“Facebook” sosial şəbəkəsi rusiyalı tanınmış hərbi ekspert İqor Korotçenkonun hesabını Şuşa ilə bağlı yazdığı statusa görə bloklayıb.
SəhərAzəri-nin APA-ya istinadən verdiyi məlumata görə İqor Korotçenko özünün “Telegram” kanalında Facebook hesabının bloklandığını yazıb.
O, “Niyə ermənilər 30 ilə yaxın bir müddətdə Azərbaycanın işğal olunmuş ərazilərində hər şeyi dağıdıb, heç nə tikməyiblər?” sualına görə “Facebook” mənə üç gün qadağa qoyub", deyə bildirib.
Ötən həftə Şuşada səfərdə olan İqor Korotçenko “Facebook” səhifəsində ermənilərə "Niyə ermənilər 30 ilə yaxın bir müddətdə Azərbaycanın işğal olunmuş ərazilərində hər şeyi dağıdıb, heç nə tikməyiblər? Heç nə. Hətta Şuşada...Doğrudan niyə? Cavab verin" sualını ünvanlayıb.