Müharibənin fəsadlarının aradan qaldırılmasında da
Səriştəsizlik problemi bir daha özünü göstərdi
44 günlük müharibədə Tərtər rayonu əhalisinin evlərinə, təsərrüfatlarına dəymiş ziyanın doğru-dürüst müəyyən edilməsi və ödənilməsinə də səriştəsizlik və korrupsiya mane olub.
SəhərAzəri-nin məlumatına əsasən,Mühribədən 1 il ötsə də hələ onun Tərtərdəki ziyanlarının aradan qaldırımamasına görə isə Tərtər rayonu İcra Hakimiyyətinin sadəcə Aparat rəhbəri Ramiz Şabanov vəzifəsindən azad eidlib. O həm də YAP-ın Tərtər şöbəsinin sədridir.
O səriştəsizlikdə günahlandırılır və bu ittihama səbəb son bir ildə əhalinin Ermənistan tərəfindən atılan raketlər nəticəsində məruz qaldığı ziyanların ödənilməsində heç bir addımın atılmamasıdır.
Qeyd edək ki, elə müharibə gedərkən və Azərbaycan şəhrləri Ermənistanın raket hücumunun hədəfinə çevrildiyi vaxt Azərbaycan Respublikası prezidenti zərər çəkən əhalinin ziyanlarının tamamiylə ödəniləcəyini vurğulayırdır.
İndi görünən odur ki, idarəçilikdəki səriştəsizlik, korrupsiya və mənimsəmə halları hərhansı bir qərarın doğru-düzgün həyata keçməsinə imkan vermir.
Azərbaycan Respublikasında dəfələrlə korrupsiya əməllərinə görə səriştəsiz vəzifəli adamlar və icra başçıları həbs ediliblər ancaq bu heç də məsələnin yəni korrupsiya halalrının və səriştəsizlik probelminin aradan qaldırılması ilə nəticələnməyib.