Dek 10, 2021 13:57 Asia/Baku
  • Azərbaycanda 122 siyasi məhbus var

Hüquq müdafiəçilərinin hesablamalarına görə, Azərbaycanda 122 siyasi məhbus var.

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Siyasi Məhbuslarına Azadlıq İttifaqı siyasi motivlərlə həbs edilmiş və ya mühakimə edilmiş şəxslərin siyahısını yeniləyib.

Siyahıya 122 nəfər daxil edilib, onlar altı qrupa bölünüb:

"Jurnalistlər və blogerlər" - 5 nəfər;

"Müxalif partiya və hərəkatların üzvləri" - 8 nəfər; 

"Dindarlar" - 21 nəfər;

"Tərtər işi" üzrə mühakimə edilənlər - 27 nəfər

"Gəncə işi" üzrə mühakimə edilənlər - 47 nəfər 

"Ömürlük məhbuslar" - 14 nəfər.

Bundan başqa, siyahıya "Azərbaycan Din Xadimləri" Birliyinin üzvü Sərdar Babayevin adı əlavə olunub.

Teqlər