İranın XİN başçısının Azərbaycana səfər edib
Əmir-Abdullahiyan Azərbaycan rəsmiləri ilə görüşür-YENİLƏNİR
İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Azərbaycanda səfərdədir.
SəhərAzəri xəbər verir: İranın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, nazirin birgünlük səfər çərçivəsində Bakıya gəlib.
Görüşlərdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və aktual regional məsələlər müzakirə olunur.
Səfər öncəsi H.Ə.Abdullahiyan İranın IRIB telekanalına müsahibəsində deyib: "Ötən iki ayda Azərbaycan Respublikasının bəzi yüksək vəzifəli rəsmilərinin Tehrana gediş-gəlişlərinin şahidi olduq. Bu ay iki ölkənin prezidentləri İbrahim Rəisi və İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) Aşqabatda keçirilən sammiti çərçivəsində görüşüblər. Görüş müsbət və konstruktiv oldu”.
Bakıda isə jurnalistlərə açıqlama verən İran XİN rəhbəri bildirib ki, iki ölkə əməkdaşlıqlarının daha da genişləndirilməsi üçün müxtəlif ideyaları var və onları Azərbaycan Respublikasının prezidenti ilə görüşdə açıqlayacaq.
Cari səfərdə Azərbaycan tərəfilə yüksək müstəvidə görüşlərin keçiriləcəyini deyən İran XİN rəhbəri, son üç ayda Azərbaycanlı həmkarı ilə çoxlu təmaslar qurduğunu və əməkdaşlığın genişləndirilməsi üçün yaxşı formatların yarandığını deyib.
O bildirib ki, əməkdaşlıq istiqamətində yeni formatlarla bağlı işlər Azərbaycan Respublikasının prezidenti ilə görüşdə yekunlaşacaq.
“Bundan sonra iki ölkə arasında iqtisadi, ticari və mədəni sahələri üzrə nümayəndə heyətlərinin qarşılıqlı səfələrinin daha çox şahidi olacağıq”, deyə H.Abdullahiyan bildirib.