Dek 22, 2021 18:43 Asia/Baku
  • İran-Azərbaycan arasında əməkdaşlığın gündəliyi genişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

SəhərAzəri-nin məlumatına əsasən, Əliyev Aşqabadda İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi ilə görüşünü xatırladıb, bu görüş zamanı gələcək əməkdaşlıqla bağlı bir çox məsələlərinin müzakirə edildiyini və Azərbaycan-İran dostluq əlaqələrinin bir daha təsdiqləndiyini bildirib.

Hüseyn Əmir Abdullahiyan isə İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisinin salamlarını onun azərbaycanlı həmkarına çatdırıb. 

İranın xarici işlər naziri sonra iki ölkə prezidentlərinin Aşqabad görüşünə toxunaraq bu görüşü ölkələr arasında əlaqələrdə dönüş nöqtəsi kimi dəyərləndirib.

Söhbət zamanı siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün birgə səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə ikitərəfli əməkdaşlığın gündəliyinin geniş olduğu bildirilib və yaxşı nəticələrin əldə ediləcəyinə ümidvarlıq ifadə olunub.

Teqlər