Pandemiya dövrünün zərərlərini ödəmək üçün gecikmiş pandemiya qadağası
Niyə Bakıdan Naxçıvana blokada tətbiq olundu?
İyulun 1-dən etibarən Naxçıvan Muxtar Respublikasının İran və Türkiyə ilə quru sərhədlərinin bağlanması haqqında qərar böyük heyrətə səbəb olaraq Azərbaycan vətəndaşlarının həyatına mənfi təsir göstərib.
SəhərAzəri-nin məumatına əsasən, Turan xəbər agentliyində dərc olunmuş yazıda deyilir:
Hakimiyyət öz qərarını karantin rejiminin qüvvədə olması ilə əsaslandırır, amma koronavirusa yoluxma səviyyəsi indikindən xeyli çox olduğu bir vaxtda sərhəd açıq idi.
İran və Türkiyə ilə quru əlaqəsi Naxçıvan sakinlərinin ayda bir dəfə qonşu ölkələrin sərhəddə yerləşən bölgələrinə gedib, ucuz qiymətə ərzaq məhsulları və zəruri malları almasına imkan verirdi. Buna görə yerli sakinlər hesab edirlər ki, sərhədlərin bağlanmasından dövlət məmurlarına məxsus olan böyük ticarət mərkəzləri uduşlu çıxır.
Bundan başqa, bir çox insanlar Naxçıvana ucuz aviasiya uçuşundan istifadə edərək, aşağı qiymətə Türkiyəyə getmək imkanından məhrum olub. İndi, yüksək tələbat olduğu bir şəraitdə bütün istiqamətlərdə aviabiletlərin qiyməti astronomik məbləğlərə çatır. Belə ki, Bakı-İstanbul-Bakı uçuşu 600-700 manata başa gəlir. Buna görə çoxları avtomobillə Naxıvana, oradan isə təyyarə ilə Bakıya gəlirdilər. Aviabiletin qiymətinin 60 manat olduğunu nəzərə alaraq, səfər sərfəli olurdu. İndi Bakı-Naxçıvan reyslərinin sayı gündə 10 reysdən 4 reysə qədər azaldılıb.
Əvəzində, sərhədin bağlanması Bakıdan Türkiyənin şəhərlərinə reyslərin doluluğunu artıracaq və bundan AZAL qazanacaq.
Bir çox müşahidəçilər hesab edirlər ki, NMR sərhədlərinin bağlanması qərarı Azərbaycanın mülki aviasiyasının gəlirlərinin artırılmasını təmin etmək və pandemiyanın kəskin fazası dövründəki itkilərin yerinin doldurulmasını təmin etmək məqsədinə xidmət edə bilər.