Laçın şəhəri Azərbaycan Respublikasının nəzarətinə verilib
Laçın dəhlizinə alternativ yaradıldıqdan sonra Laçın şəhəri Azərbaycan Respublikasının nəzarətinə verilib.
SəhərAzəri-nin məlumatına əsasən, 2020 ci il 10 noyabr üçtərəfli bəyanata əsasən Azərbaycan Respublikası Qarabağdakı ermənilərin Ermənistana birbaşa və Azərbaycanın müdaxiləsi və nəzarəti olmadan alternativ quru yolla qovuşmasını təmin edəcəyi təqdirdə Laçın şəhəri rəsmi Bakıya qaytarılacaqdı.
Azərbaycan Respublikası Laçın şəhərindən keçən dəhlizin Laçından yan keçən dəhliz ilə əvəz edilməsi üçün öz vəsayiti hesabına Qarabağdakı ermənilə və Ermənistan üçün yeni yol inşa etmişdir. Bu gün Rusiya Sülhməramlılarının yeni yol və dəhlizə köçmələrindən sonra Laçın dəhlizi razılığa əsasən Azərbaycana təhvil verilib.
Azərbaycan Respublikası medialarında yayılan videoya görə, Azərbaycan ordusu bir binanın üzərində Azərbaycan bayrağını ucaldaraq, Laçının Azərbaycan Respublikası ordusunun nəzarətinə keçdiyini elan edilir.