Ərbəin mərasimindən Azərbaycan bayrağının çıxarılması
Azərbaycan Respublikasının bayraqları Ərbəin yürüşündən niyə yığışdırıldı?
SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikasının dünyəvi hökuməti bu il Məhərrəm ayının ilk ongünlüyündə Bakı və Gəncə şəhərlərində Tasua və Aşura günlərindəki böyük ictimai toplantılarda İmam Hüseyn (ə) bayraqlarının qaldırılmasının qarşısını alaraq, öz bayrağını İmam Hüseyn (ə) bayrağı ilə əvəz etməyə çalışdığı bir halda, rəsmi Bakının Ərbəin ərəfəsində Azərbaycan-İran sərhədini bağlı saxlaması, digər amillərlə birlikdə bu ölkə bayrağını avtomatik olaraq və istəmədən möhtəşəm Ərbəin yürüşündən çıxarmış oldu.
Azərbaycan Respublikasının bayrağının Ərbəin mərasimindən çıxarılması dünya müsəlmanlarının ən geniş və ən mənəvi mərasimində bu ölkənin kimliyinin və siyasi varlığının ifadəsinə böyük zərbə hesab olunur. Hansı ki, Azərbaycan Respublikası xalqının fəryadı və həsrətindən başqa heç bir nəticəsi yoxdur. Keçən illərdə bir çox azərbaycanlı zəvvar öz kimliyini, həmçinin Azərbaycan Respublikası xalqının İmam Hüseyn (ə) məktəbinə bağlılığını ifadə etmək üçün çoxlu sayda öz ölkələrinin bayraqları ilə Ərbəin mərasiminə qatılırdı. Bu unikal hərəkət həm təriflər, həm də tənqidlərə tuş gəlirdi. Lakin Ərbəin mərasimində İmam Hüsey (ə) bayrağı əvəzinə bu sayda siyasi bayraqların qaldırılmasını tənqid edənlər belə, Azərbaycan Respublikası şiələrinin xüsusi şəraitini və məzlumiyyətini dərk edərək, bu ölkə bayraqlarının dalğalandırılmasının Azərbaycan Respublikası xalqının Ərbəin mərasimində geniş iştirakının göstəricisi olduğundan, razı görünürdülər və bu hərəkətin mənfi cəhətlərinə göz yumurdular.
Lakin görünən odur ki, Azərbaycan Respublikasının dünyəvi hökumətinin hətta Aşura mərasimləri zamanı da öz siyasi bayrağını İmam Hüseyn (ə) bayrağı ilə əvəz etməkdə israrlı olması gözlənilməz cəza ilə nəticələnib. Belə ki, Azərbaycanın hakimiyyət orqanları insanların bu islami mərasimdə geniş iştirakının qarşısını almaq üçün Ərbəin ziyarəti zamanı Azərbaycan-İran sərhəddini bağlı saxlamaqla, praktiki olaraq, özləri də dünya müsəlmanlarının ən böyük toplantısında Azərbaycan Respublikasının siyasi bayrağının dalğalanmasına mane olan amil oldular.
Əlbəttə İraq hökuməti bu ölkə ilə quru sərhəddi olan İran zəvvarları istisna olmaqla digər ölkələrdən olan zəvvarların Ərbəin günlərində Kərbəlaya yalnız hava yolu ilə gedə biləcəklərini bildirmişdi. Amma əgər İran-Azərbaycan sərhəddi bağlı olmasaydı, Azərbaycan Respublikasındakı İmam Hüseyn (ə) aşiqləri Ərbəin ziyarəti üçün o qədər qərarlıdırlar ki, İranla İraq arasındakı quru sərhəd qeyri-iranlı zəvvarların üzünə bağlanmazdan əvvəl özlərini İran vasitəsilə Kərbəlaya çatdıra, İmam Hüseynə (ə) öz eşq və məhəbbətlərini ifadə edə, eyni zamanda öz ölkələrinin bayraqlarını daşımaqla həm də kimliklərini və siyasi varlıqlarını nümayiş etdirə bilərdilər.
Lakin Bakının dini kimliyi məhdudlaşdırmaq siyasəti, həmçinin Azərbaycan Respublikası xalqı ilə İslami İran arasındakı quru əlaqəni və mənəvi bağlığı məhdudlaşdırmaq üçün süni cəhdləri istər-istəməz milli kimliyin ifadəsi baxımından da Azərbaycan Respublikasına mənfi təsir göstərmişdir. Hansı ki, onun əyani təzahürü bu ilki Ərbəin mərasimində müsəlmanların ən böyük yığıncağından Azərbaycan Respublikasının bayrağının çıxarılmasıdır.
Lakin əvvəlki illərdə olduğu kimi Kərbəlada Azərbaycan Respublikasından olan İmam Hüseyn (ə) aşiqlərinin karvanlarını axtaran bir çox iranlı zəvvarlar və jurnalistlər ümid edirlər ki, növbəti illərdə bu şiə aşiqlərinin, xüsusən də Həzrət Mehdinin (ə.c.) zühuru üçün bir imtahan və hazırlıq əlaməti olan Ərbəin mərasimi zamanı Kərbəlaya gedən yolu hamarlaşacaq.