Azərbaycanın bahalaşma problemi
Qiymətlər durmadan artır, vəziyyətdən çıxış yolu göstərilmir
Azərbaycan Respublikasında qiymətlər tüğyan edir, əhalinin gəliri ilə qazancı arasında tənasüb ciddi şəkildə pozulub.
SəhərAzəri-nin məlumatına əsasən, rəsmi statistika göstərir ki, bu ilin oktyabr ayında istehlak səbəti qiymətləri əvvəlki ilin oktyabr ayı ilə müqayisədə 15.6%, həmçinin əhalinin gündəlik təlabatında mühim mövqeyə malik qida məhsulları 21.7% bahalanmışdır. Sadə formada bu o deməkdir ki, ötən ilin oktyabr ayında orta ölçülü istehlak səbətinə, məsələn 100 manat məsrəf çəkən orta statsitik istehlakçı bu ilin oktyabr ayında həmin səbət üçün 115.6 manat pul xərcləmək məcburiyyətində olub.
Qeyd olunur ki, xüsusi əhəmiyyətli qida məhsulları üzrə bu dəyişmə daha yüksəkdir.
Son 20 ay ərzində istehlak qiymətləri indeksi təxminən 12, qida məhsulları üzrə qiymət indeksi isə 17 bənd artıb.