Yan 06, 2023 14:45 Asia/Baku
  • Laçın-Xankəndi yolu
    Laçın-Xankəndi yolu

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Laçın-Xankəndi yolunda keçirilən aksiyanın heç bir nəticə vermədiyini deyib.

“İşğaldan azad olunmuş ərazilərdə yataqlarımızın qanunsuz istismarı və ekologiyanın pozulması istiqamətində hər hansısa bir irəliləyiş yoxdur”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O qeyd edib ki, bunun üçün ictimai fəallar tərəfindən aksiya keçirilir: “Aksiyaçıların tələbləri çox normaldır. Onlar sözügedən ərazidə monitorinqlərə razılıq verilməsini tələb edirlər.”- Hikmət Əlizadə deyib.

 O nəticə əldə olunana qədər aksiyalarkın davam etdiriləcəyini bildirib.

Qeyd edək ki, bir qrup azərbaycanlının Xankəndi-Laçın yolunda başlatdığı etiraz aksiyası iyirmi altı gündür davam edir.

Aksiya iştirakçıları müvafiq dövlət qurumları tərəfindən gün ərzində olduğu kimi, gecədən səhərədək davamlı şəkildə isti yer, isti çay və qidalarla təmin olunurlar.

Aksiyanın başlandığı gündən Fransa və ABŞ başda olmaqla qərb ölkələri və Avropa qurumları və simaları Azərbaycanı Qarabağdakı ermənilərə qarşı soyqırımı planlaşdırmaqda ittiham edərək ermənilərin blokadasına dərhal son qoymağa çağırırlar. Azərbaycan Respublikası isə sözü gedən aksiyanın məqsədinin Qarabağdakı erməniləri blokadaya almaq olmadığını və sadəcə təbii sərvətlərin talanmasına imkan verməmək niyyəti daşıdığını bildirir.

 

Teqlər