Azad Rəhimov: “Avropa Oyunlarının açılış mərasiminə 100 milyon manat xərclənib”
https://azeri.sahartv.ir/news/azərbaycan-i194817-azad_rəhimov_avropa_oyunlarının_açılış_mərasiminə_100_milyon_manat_xərclənib_
Bakı-2015 I Avropa Oyunlarının təntənəli açılış mərasiminə 100 milyon manat pul xərclənib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 14, 2015 07:52 Asia/Baku
  • Azad Rəhimov: “Avropa Oyunlarının açılış mərasiminə 100 milyon manat xərclənib”
    Azad Rəhimov: “Avropa Oyunlarının açılış mərasiminə 100 milyon manat xərclənib”

Bakı-2015 I Avropa Oyunlarının təntənəli açılış mərasiminə 100 milyon manat pul xərclənib.

Səhər beynəlxalq telekanalının APA-ya istinadlı məlumatına görə, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.
“Birinci Avropa Oyunlarının təntənəli açılış mərasiminə hazırlıq və onun həyata keçirilməsinə 100 milyon manatdan bir az çox pul xərclənib. Müqavilə üzrə vəsaitin bir hissəsi hələ ödənməyib. Yekun rəqəmləri biz yalnız Avropa Oyunları yekunlaşdıqdan sonra söyləyə bilərik”, - deyə nazir əlavə edib.