Novruz Məmmədov: "Avropa Şurasının mövqeyi Azərbaycanın bu təşkilatda qalmasını sual altında qoyur"
https://azeri.sahartv.ir/news/azərbaycan-i195199-novruz_məmmədov_avropa_Şurasının_mövqeyi_azərbaycanın_bu_təşkilatda_qalmasını_sual_altında_qoyur_
Avropa İttifaqının bəzi strukturlarıyla birlikdə AŞPA da nümayiş etdirir ki, onlar üçün beynəlxalq hüquq heç bir əhəmiyyət kəsb etmir. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Twitter” səhifəsində yazıb
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 26, 2015 07:38 Asia/Baku
  • Novruz Məmmədov:
    Novruz Məmmədov: "Avropa Şurasının mövqeyi Azərbaycanın bu təşkilatda qalmasını sual altında qoyur"

Avropa İttifaqının bəzi strukturlarıyla birlikdə AŞPA da nümayiş etdirir ki, onlar üçün beynəlxalq hüquq heç bir əhəmiyyət kəsb etmir. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Twitter” səhifəsində yazıb

N.Məmmədov bildirib ki, onlar üçün “biz necə istəyirik o da olmalıdır” prinsipi əsasdır: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu qurumların mövqeyi bunu açıq-aydın göstərir. İkili standartın digər nümunəsi də budur".

N.Məmmədov həmçinin deyib: "Təəssüflər olsun ki, Avropada bu siyasətin hara apardığını və nə ilə nəticələnə biləcəyini hələ anlaya bilmirlər".

PA rəsmisi qeyd edib ki, Avropa Şurasının belə bir mövqeyi Azərbaycanın bu təşkilatda qalmasını sual altında qoyur.

N.Məmmədov bildirib ki, Avropa İttifaqı artıq BMT qurumlarını da Azərbaycana qarşı kampaniyaya qoşur: "Belə vəziyyət Azərbaycanı öz xarici siyasət kursunu dəyişməyə məcbur edə bilər".