İyun 28, 2015 18:12 Asia/Baku
  • I Avropa Yay Olimpiya Oyunları
    I Avropa Yay Olimpiya Oyunları

I Avropa Yay Olimpiya Oyunları bu gecə Bakının 68 min nəfərlik Olimpiya stadionunda xüsusi proqramla sona çatır.

Səhər Beynəlxalq Televiziyasının Bakı medialarına istinadla verdiyi məlumata görə, I Avropa Oyunlarında 50 ölkə və Ermənistandan 6 mindən çox idmançı mübarizə aparıb.
Bakı və Mingəçevirdə 21 stadion və idman mərkəzində keçirilən Avropa Yay Olimpiya Oyunları 12 iyundan başlanıb.
İdmançılar 16 olimpiya və 4 qeyri-olimpiya idman növünə şamil olan 20 idman növündə 17 gün ərzində medal uğrunda mübarizə aparıblar.
Bu oyunların sonunda Rusiya, Azərbaycan Respublikası və İngiltərə medalların sayına görə müvafiq olaraq ilk üç yeri tutublar.
Halbuki Ermənistan bir gümüş medalla I Avropa Yay Olimpiya Oyunlarını 36-cı yerdə başa vurub.
Bundan öncə Avropa Olimpiya Komitəsi 2012-ci ilin dekabr ayında I Avropa Yay Oyunlarının Bakıda keçirilməsinə qərar vermişdi.
Bakı mediaları İlham Əliyev hökumətini bu oyunların keçirilməsini əldə etmək üçün gediş-gəliş xərcləri, geyim, yemək və əyləncəsinə şamil olan Avropa idmançılarının tam xərclərini ödəməyi üzərinə götürdüyü üçün sərt tənqid ediblər. Bu tənqidlər ötən bir ildə və oyunların sonuna qədər davam etib və bundan sonra da sona çatacağı qeyri-mümkündür. Xüsusilə də Azərbaycan Respublikasının milli valyutasının devalvasiyası və inflyasiyanın artması bu müsəlman ölkənin vətəndaşlarının problemlərini ikiqat artırıb.
Azərbaycan Respulbikasının AzərTAC Dövlət Teleqaraf Agentliyi Bakı oyunları ərəfəsində bir məlumatda bildirib: Azərbaycan Respublikası prezidenti İlham Əliyev Bakıda Avropa Oyunlarının keçirilməsinə tədarük görmək məqsədilə dövlət büdcəsindən 10 milyard dollar vəsait xərcləyib.
Bu məlumata görə, Bakı-2015 Oyunları zamanı avropalı idmançıların təhlükəsizliyinin təmin olunması məqsədilə Bakının küçələri və idman zallarında 2400 kamera quraşdırılıb. Eyni zamanda Avropa Oyunlarının keçirildiyi dövrdə ictimai məkanların təhlükəsizliyinin təmin olunması 24 min polis işçisinə tapşırılıb.
Bu məlumata görə və iqtisadi məsələlər üzrə ekspertlərin iddiasına əsasən Bakıda Avropa Oyunların ev sahibliyi üçün idman tikintilərinin xərci 5,3 milyard dollardan çox hesab olunur.
Bu məlumatda əlavə olunur: İlham Əliyev tərəfindən elan olunan 1,5 milyard dollar oyunların xərci üçün büdcədən ayrılan vəsaitin rəqəmidir.
Hökumət vətəndaşların bu sahədə külli miqdarda xərclənən vəsaitdən məlumatlanmasını istəmir.
Bəzi Azərbaycan mediaları, İlham Əliyev hökumətinə müxalif bəzi partiya başçısı oyunların keçirilməsi və külli miqdarda vəsaitin təhlükəsizlik və infrastruktura xərclənməsini tənqid etmişlər.

Teqlər