Səmədov saxlanma şəraitindən narazıdır
https://azeri.sahartv.ir/news/azərbaycan-i196267-səmədov_saxlanma_şəraitindən_narazıdır
Azərbaycan İslam Partiyasının (AİP) həbsdə olan sədri Dr. Möhsün Səmədov saxlanma şəraitindən narazıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 28, 2015 08:31 Asia/Baku
  • Möhsün Səmədov
    Möhsün Səmədov

Azərbaycan İslam Partiyasının (AİP) həbsdə olan sədri Dr. Möhsün Səmədov saxlanma şəraitindən narazıdır.

Bunu vəkil Anar Qasımlı ciddi rejimli qapalı Qobustan həbsxanasında saxlanılan Səmədovla görüşdən sonra bildirib.
Vəkilin sözlərinə görə, Dr. Möhsün Səmədov saxlanma şəraitindən şikayətlənib. Ona qarşı təzyiqlərin gündən-günə gücləndiyini, tam təcridolma şəraitində saxlanıldığını deyən müvəkkilinin əsas narazılığının, əvvəlki kimi ölkədə və dünyada baş verən ictimai-siyasi proseslərdən xəbərsiz qalması olduğunu vurğulayıb.

Anar Qasımlı Möhsün Səmədovun mənəvi durumunun qaydasında olduğunu, amma səhhətində bəzi problemlərin qaldığını, əqidə dostlarına və tanışlara salam göndərdiyini deyib.