İlham Əliyev Azərbaycan İslam Partiyasının sədr əvəzi oldu
Avq 27, 2015 20:58 Asia/Baku
Höccətülislam İlham Əliyev Azərbaycan İslam Partiyasının sədr əvəzi oldu. İlham Əliyev bir müddət öncə AİP-ə sədrinin birinci müavini vəzifəsinə təyin olunmuşdu.
FaktXəbər-in məlumatına görə, Azərbaycan İslam Partiyası İdarə Heyətinin toplantısında, partiyanın 2011-ci ildən bəri məhbus həyatı yaşayan sədri Mövsüm Səmədovun səlahiyyətlərini həyata keçirən Elçin Manafovun tutduğu vəzifədən istefası olub.Elçin Manafov ölkə miqyasında, siyasi partiya rəhbərliyindən mərhum Əlikram Əliyevdən başlanan istefa vermək mədəniyyəti ənənəsinə sadiq qalaraq, bu yüksək postdan getdiyini açıqlayıb.
Partiyanın İdarə Heyəti E.Manafovun istefasını qəbul edərək, məsləhət-məşvərətdən sonra qurumun rəhbərliyinə sədr əvəzi vəzifəsini İlham Əliyevə həvalə edib.