Azan qadağasına etiraz edən AİP-in komitə sədri həbs edildi
Sen 02, 2015 10:56 Asia/Baku
Azan qadağasına etiraz edən AİP-in komitə sədri 2 il həbs edildi.
Faktxeber-in məlumatına əsasən, bir müddət bundan öncə Biləsuvar şəhərinin mərkəzində yerləşən Cümə məscidində azan verilməsinin qarşısının alınmasına etiraz edən yerli inanclılara dünən hökm oxunub və hakim baş verən olayda adları keçən şəxslərdən 3 nəfəri barəsində həbs qərarı çıxarıb.Barəsində 2 il həbs qərarı çıxarılan şəxslərdən biri AİP-in Biləsuvar rayonunun komitə sədri Ağabala Qasımovdur. 2 və 3 il azadlıqdan məhrum edilən şəxslər isə komitə üzvləri Məmmədov Elvin, Mailov Yusif olub.
Azərbaycan İslam Partiyası baş verənləri ölkədə insan haqlarının pozulması, partiyaya hakimiyyətin növbəti qərəzi kimi dəyərləndirərək barələrində həbs qərarı çıxarılan şəxslərin dərhal azadlığa buraxılmasını tələb edir.