Azərbaycan küçə və prospektlərində əzadarlığın qadağasına etiraz
Noy 06, 2015 10:21 Asia/Baku
Azərbaycan Respublikasında bir ruhani bu ölkə küçələrində əzadarlıq bayraqlarının yığışdırılması və onun qadağan olunmasına etiraz edib.
Səhər Beynəlxalq Televiziyasının Faktxəbər saytına istinadla verdiyi məlumata görə, Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının açıqlamasına reaksiyada deyib: Heç kim islam dininin müqəddəs bayrağı ilə mübarizə apara bilməz.Mübariz Qurbanlı ötən həftə Trend İnformasiya Agentliyi ilə eksklüziv müsahibədə bildirib ki, əzadarlıq mərasimində istənilən bayrağın dalğalanmasını qəbul etmirik. Küçə və prospektlərdə əzadarlıq mərasimlərinin keçirilməsi qadağandır və dini mərasimlər məscidin içində və həyətində keçirilməlidir. Küçələrdə mərasim keçirmək istəyən hər bir şəxs əlaqədar orqanlardan lazımi icazəni almalıdır.