Dek 08, 2015 16:43 Asia/Baku
  • Dünyanın hazırkı şəraiti və zamanı İnqilab Rəhbərinin 2-ci məktubuna ehtiyaclı idi
    Dünyanın hazırkı şəraiti və zamanı İnqilab Rəhbərinin 2-ci məktubuna ehtiyaclı idi

Azərbaycan Respublikasında siyasi ekspert İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xameneinin qərb gənclərinə ikinci məktubunu dünyanın hazırkı şəraitinin ehtiyacı adlandırıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Rövşən Novruzoğlu Bakıda Səhərin müxbirinə verdiyi müsahibədə İran İslam İnqilabı Böyük Rəhbərinin qərb gənclərinə 2-ci məktubunu çox möhkəm adlandırıb və deyib: Bu məktub tam şəkildə günün şəraitinə əsasən yazılıb və hazırkı zaman belə məktubun yazılmasına ehtiyaclı idi.

Novruzoğlu deyib: Bu məktub mənə Həzrət İmam Xomeyninin (rə) Qorbaçova tarixi məktubunu xatırlatdı. O məktubda Həzrət İmam Xomeyni (rə) Qorbaçova xitab etmişdi. Lakin əslində Həzrət İmamın (rə) xitab etdiyi tərəf dünya idi. Həzrət Ayətullahülüzma Xameneinin son məktubunda da gənclər xitab olundular.

Siyasi ekspert əlavə edib: Bu məkubda dünya gənclərindən istənilib ki, dini, mədəni və inanc təəssübləri olmadan terrorizm məsələsini yaxşı və dərindən düşünsünlər və onları hansı qüdrətlərin idarə etdiyini görsünlər.

Rövşən Novruzoğlu deyib: İslam İnqilabının Böyük Rəhbəri öz məktubunda gənclərdən istəyib ki, dini və inanc təəssübləri olmadan hamı ədalətsizliklər, təhqirlər və öz etiqadlarının düşmənləri ilə mübarizə aparsın. Terrorizm vasitəsi ilə onlara təzyiq göstərən və gənc nəsli repressiya edənlər qarşısında etinasız qalmasınlar. Fərq etmir ki, müsəlman, xristian və ya yəhudi olmuş olsun. Önəmli olan budur ki, möhkəm və xaliq əqidə ilə ədalətsizliklərlə mübarizə aparsınlar və bilsinlər ki, sonda meydanın qalibi olacaqlar.

O islam dinini qardaşlıq dini adlandırıb və deyib: elə buna görə, islam dini insanları etiqad baxımından sülh və sazişə tövsiyə edir.

Azərbaycan Respublikasında siyasi ekspert bu məktubun müsbət təsirlərinə toxunub və sonda deyib: Ümumiyyətlə Həzrət Ayətullahülüzma Xameneinin bu məktubu dünya gəncləri və və mətbuatın uzun zaman təhlilində olacaqdır.

Teqlər