Anar Qasımlı: "Səmədovla görüşüb, ilin yekunlarını müzakirə edəcəyik"
«Əfv məsələsinə Mövsüm Səmədovun münasibəti bəllidir». FaktXəbər-in verdiyi məlumata görə, bunu Azərbaycan İslam Partiyasının (AİP) həbsdə olan sədri Möhsün Səmədovun vəkili Anar Qasımlı son günlər gündəmdə olan əfvlə bağlı informasiyalara münasibət bildirərkən deyib.
Vəkilin sözlərinə görə, Azərbaycan İslam Partiyasının sədri ilə çoxdandır ki, görüşmür: «Onunla dekabrın sonlarında görüşəcəyəm və ilin yekunları barədə müzakirələr aparacağıq».
Qeyd edək ki, Möhsün Səmədov 2011-ci il yanvar ayının 2-də partiyanın Baş Məclisində Azərbaycan Respublikası hakimiyyətinin ünvanına tənqidi çıxışdan 5 gün sonra yanvar 7-də həbs edilib. Həmin dövrdə Azərbaycan İslam Partiyasının lideri haqqında yanvarın 20-də həbs qətimkan tədbiri seçilib. Oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə Möhsün Səmədov 12 il azadlıqdan məhrum edilib.