Azərbaycan Respublikasında məscidə hücum
Dek 24, 2015 20:03 Asia/Baku
-
Azərbaycan Respublikasında məscidə hücum
Azərbaycan Respublikasının Lənkəran şəhərindəki bir məscidə basqın edilib.
Strateq.az saytının məlumatına görə, naməlum şəxslər Azərbaycan Respublikasının Lənkəran şəhərindəki Bala Sürək kəndinin məscidinə hücum edərək, bu məscidə ciddi xəsarət vurublar.
Bu məlumata görə, həmin hücumda mənbər və pəncərələrin şüşələri sındırılıb və məscidin xalçalarına ciddi zərər dəyibdir.
Kənd sakinlərinin bu hücum barədə məlumat vermələrindən sonra Lənkəran şəhər polisi təhqiqata başlayıb.