Mart 29, 2016 18:24 Asia/Baku
  • Hacı İlqar İbrahimoğlu
    Hacı İlqar İbrahimoğlu

Azərbaycan Respublikasında Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin sədri, ilahiyyatçı Hacı İlqar İbrahimoğlu səudiyyəlilərin Yəmən müsəlmanlarını qırğınetmə cinayətlərinə toxunaraq, deyib ki, səudiyyəlilər amerikalıların Vyetnamda ilişdikləri kimi Yəmən bataqlığında ilişib qalıblar.

Hacı İlqar İbrahimoğlu əlavə edib: Yəmən xalqının öz istəklərinin reallaşması üzrə milyonluq himayəsi və müqaviməti səudiyyəlilərin bu ölkədəki hədəflərinin reallaşmasına mane olubdur.

O, deyib: Yəmən müharibəsi həmçinin göstərdi ki, səudiyyəlilər müharibədə acizdirlər və qısa müddətdə hədəflərinə çatmaq üzrə iddialarına rəğmən, istəklərinə nail ola bilməyiblər.

Azərbaycan Respublikasında Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin sədri sonra deyib: Səudiyyəlilər ötən bir ildə çox şey itiriblər. Yəmənə təcavüz, Mina hadisəsi, Suriyaya müdaxilə, İŞİD-i müdafiə, mücahid alim Şeyx Nimrin edamı, həmçinin məzlum Fələstin xalqının müdafiəçisi olan və müsəlmanların problemlərinin aradan qaldırılmasına çalışan Livan Hizbullahının terrorçu kimi təqdim olunması, daha səudiyyəlilərə bir abır qoymayıbdır.

Bu azəri ilahiyyatçı əlavə edib: Səudiyyəlilər Yəməndə, sionistlərin Qəzzədə törətdikləri cinayətləri həyata keçirirlər. Heç vaxt səudiyyəlilər sionistlərin Fələstindəki cinayətləri əleyhinə addım atmayıblar.

Onun sözlərinə görə, cəudiyyəlilərin Yəməndəki cinayətləri bu rejimin acizliyini göstərir. Ali-Səud rejimi hazırda özünü Yəmən problemindən xilas etməyə çalışır. Tarixin göstərdiyi kimi, Yəmənə təcavüz Ali-Səudun məhvinə gətirib çıxaracaq.

Hacı İlqar İbrahimoğlu deyib: Zamanın keçməsi İŞİD terror qrupunun mahiyyətini aydınlaşdıran kimi Ali-Səud rejiminin mahiyyətini də dünya xalqları üçün aşkar edibdir.

Teqlər