Erməni qüvvələrin 170 əsgəri və 12 texnikası sıradan çıxarılıb
Apr 04, 2016 18:50 Asia/Baku
Azərbaycan Respublikası silahlı qüvvələrinin həyata keçirdikləri qabaqlayıcı tədbirlər və atəş zərbələri nəticəsində böyük itkilərə məruz qalan erməni hərbi qulluqçuları geri çəkilirlər.
Bu barədə FaktXəbər-ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, son saatlar ərzində Azərbaycan Respublikasının hərbi birləşmələrinin cavab atəşləri nəticəsində erməni tərəfinin 170-dək hərbi qulluqçusu və 12 zirehli texnikası sıradan çıxarılıb.
Azərbaycan Respublikası silahlı qüvvələrinin nəzarətinə keçən mövqelərdə bu ölkənin hərbi birləşmələri tərəfindən mühəndis-istehkam möhkəmləndirmə işləri, ərazinin vizual kəşfiyyatı və atəşin korrektəsi tədbirləri icra edilir.