Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı yeni detallar
https://azeri.sahartv.ir/news/azərbaycan-i218632-azərbaycan_təyyarəsinin_qəzaya_uğraması_ilə_bağlı_yeni_detallar
Azərbaycanın "SilkWay" şirkətinə məxsus An-12 yük təyyarəsinin Əfqanıstanda maneəyə dəyərək qəzaya uğradığı açıqlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 19, 2016 15:25 Asia/Baku
  • Arif Məmmədov
    Arif Məmmədov

Azərbaycanın "SilkWay" şirkətinə məxsus An-12 yük təyyarəsinin Əfqanıstanda maneəyə dəyərək qəzaya uğradığı açıqlanıb.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının rəisi Arif Məmmədov bu gün keçirdiyi brifinqdə bildirib.

Qeyd edək ki, mayın 18-də “SilkWay” şirkətinə məxsus yük təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb. Təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub.