AİP şəhid Hacı Vaqif Abdullayevin qəbrini ziyarət edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i225214-aİp_şəhid_hacı_vaqif_abdullayevin_qəbrini_ziyarət_edib
Azərbaycan İslam Partiyası funksionerləri bu gün İslam və hicab şəhidi Hacı Vaqif Abdullayevin məzarını ziyarət ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 13, 2016 14:27 Asia/Baku
  • Şəhid Hacı Vaqif Abdullayev
    Şəhid Hacı Vaqif Abdullayev

Azərbaycan İslam Partiyası funksionerləri bu gün İslam və hicab şəhidi Hacı Vaqif Abdullayevin məzarını ziyarət ediblər.

AİP rəhbərliyi vəfatının ildönümü münasibətilə Vaqif Abdullayevin ailəsinə, əzizlərinə və yaxınlarına bütün Əhl-Beyt(ə) aşiqlərinə bir daha baş sağlığı verir.

Azərbaycan İslam Partiyası Təşkilat Şöbəsinin sabiq sədri Hacı Vaqifin ölümündən dörd il ötür. Saxta ittihamlarla mühakimə olunaraq on bir il həbs cəzası alan mücahid islamçı 2012-ci ildə belə bir gündə həbsxana divarları arasında ailəsindən, yaxınlarından xəbərsiz məzlumcasına bu dünyaya vida etdi.

Əqidə dostları Hacı Vaqifi hər il yad etmək vəzifəsini özlərinə mənəvi borc hesab edirlər.