Bakıda klassik avtomobil paradı
Noy 09, 2016 18:48 Asia/Baku
9 noyabr, Azərbaycanda bayraq günü münasibəti ilə Bakıda Avtomobil Federasiyasının təşəbbüsü ilə klassik avtomobil paradı keçirilib.
70-dən çox klassik avtomobil Heydər Əliyev Mərkəzinin binası önündən hərəkət edərək, Bakı şəhərinin küçələrindən keçib və Bayraq Meydanında öz yürüşlərini yekunlaşdırıblar.
Bu paradda iştirak edən avtomobillər 1980-ci ildən öncə istehsal edilmiş avtomobillərdir. Paradda iştirak edən ən qədim avtomobil isə 1949-cu il istehalı olub.
Paradın sonunda bu avtomobillər Bayraq meydanında xalq üçün nümayişə açıq elan edilib.