Dek 16, 2016 11:23 Asia/Baku
  • Azərbaycanda Vəhdət Həftəsi mərasimi keçirilib
    Azərbaycanda Vəhdət Həftəsi mərasimi keçirilib

Vəhdət Həftəsi və Əziz İslam Peyğəmbərinin (s.ə.s) viladətinin ildönümü mərasimi Azərbaycan Respublikası paytaxtı Bakıda keçirilib.

Azərbaycan Qafqaz Müsəlmanları İdarəsinin internet portalının məlumatına görə, bu idarənin sədri Allahşükür Paşazadə bu mərasimdə bu günlərin əhəmiyyəti və müsəlmanlar arasında vəhdətin təbliğini vurğulayıb. 

Həmçinin Bakı Dövlət Universitetinin müəllimi professor Vasim Məmmədəliyev bu mərasimdə əziz islam peyğəmbərinin (s.ə.s) məqamından danışaraq deyib: Heç bir insan əziz peyğəmbərin şəxsiyyətini həqiqi vəsf edə bilməz. Lakin insanlıq qülləsi və bəşərin təkamül zirvəsinə hidayət olunması üçün bu böyük şəxsiyyətin bu qədər tanınması yetərlidir. 

Qafqaz Müsəlmanları İdarəsi tərəfindən bu mərasimin keçirildiyi bir halda, rəsmi Bakı Azərbaycan İslam partiyasının öncədən vaxtın təyin və elan olunması ilə ölkənin müxtəlif şəhərlərində əziz peyğəmbərin viladətinin ildönümü və Vəhdət Həftəsi ilə əlaqədar şənliklərin keçirilməsi üzrə müraciətinə qarşı çıxıb. 

Sünni rəvayətinə görə 12 rəbiüləvvəl, şiə rəvayətinə görə 17 rəbiüləvvəl əziz islam peyğəmbərinin viladətinin ildönümü günüdür. 

Bu iki tarix arasında fasilə islam dünyasında vəhdətin gücləndirilməsi məqsədilə İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyninin (rə) təklifi ilə Vəhdət Həftəsi adlandırılmışdır. 

Teqlər