Dek 29, 2016 18:24 Asia/Baku
  • İran-Naxçıvan MR həmkarlıqları genişlənir
    İran-Naxçıvan MR həmkarlıqları genişlənir

İranın rabitə və informasiya texnologiyaları naziri və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri iqtisadi və ticari əməkdaşlıqların genişləndirilməsinə öz hazırlıqlarını elan ediblər.

İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi bu gün Azərbaycan Respublikasına səfərinin davamında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşüb.

Vaizi bu görüşdə Naxçıvan və Azərbaycan Respublikası arasında bir əlaqə körpüsü kimi İranın roluna toxunaraq, vurğulayıb: İki ölkə mövcud imkanlardan istifadə ilə ticarət və iqtisadi əlaqələri genişləndirmək ardıncadır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov da bu görüşdə qonşu vilayətlər xüsusiyyət təşkil etməklə Naxçıvan-İran münasibətləirnə işarə edərək, Azərbaycan Respublikasının istiqlaliyyətindən sonrakı illərdə oynadığı təsirli rola və Naxçıvana göstərdiyi yardıma görə İran İslam Respublikasına təşəkkür edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri əlavə edib: Sərhəd və kömrük həmkarlıqları, İran ərazisindən Naxçıvana əmtəə mal tranziti xüsusi önəmə malikdir.

Talıbov Naxçıvan-Məşhəd sərnişin qatarının işə salınmasına işarə edərək, vurğulayıb: Bu qatar İran ilə Azərbaycan Respublikası arasında müsafirlərin gediş-gəlişini asanlaşdırmaqla yanaşı, iki ölkə xalqlarının daha artıq əməkdaşlığına səbəb olacaq.

Naxçıvan-Məşhəd və əks istiqamətə işləyəcək sərnişin qatarı bu gün istifadəyə verildi.

Teqlər