Naxçıvanda 2-ci İran məhsulları sərgisi açılıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i261688-naxçıvanda_2_ci_İran_məhsulları_sərgisi_açılıb
Naxçıvan Muxtar Respublikasında Novruz bayramı münasibətilə təşkil olunmuş İran İslam Respublikası məhsullarının 2-ci sərgisi açılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 06, 2017 13:13 Asia/Baku
  • Naxçıvanda 2-ci İran məhsulları sərgisi açılıb
    Naxçıvanda 2-ci İran məhsulları sərgisi açılıb

Naxçıvan Muxtar Respublikasında Novruz bayramı münasibətilə təşkil olunmuş İran İslam Respublikası məhsullarının 2-ci sərgisi açılıb.

IRIB-nin Bakı ofisinin İranın Naxçıvandakı konsulluğuna istinadlı məlumatına görə, bu sərgidə İran İslam Respublikasının müxtəlif vilayətlərindən olan on iki şirkətin 120 qida və əl işləri sənayesi məhsulu sərgilənib.

Bu sərgidə nümayiş etdirilən İranın əl işləri sənayesi məhsulları müxtəlif sahələri, o sıradan dulusçuluq, tirmə tikmə, şüşəçilik, dəriçilik, kilim toxuma, palaz toxuma, gül bəzəmə, ağacda oyma və rəssamlıq sahələrini əhatə edir. Bununla yanaşı, bəzədilmiş yeddi sin süfrələri də Naxçıvan Muxtar Respublikasının məsul şəxsləri və əhalisi üçün nümayiş etdirilir.

İranın baş konsulu Mənsur Ayrem, Qərbi Azərbaycan valisinin resursların inkişaf etdirilməsi və iqtisadi məsələlər üzrə koordinasiya müavini Nadir Səfərzadə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sədr müavini Azər Zeynalov sərginin açılış mərasimində İran İslam Respublikası ilə Azərbaycan Respublikasının müxtəlif miqyaslardakı anlaşmalarına işarə edərək, ikitərəfli əlaqələrin genişləndirilməsini vurğulayıblar.

Bu sərgi bir həftə fəaliyyət göstərəcək.