İranlı heyət Naxçıvanda
27 iş adamı və iqtisadi fəaldan ibarət İranın Qərbi Azərbaycan vilayətinin kooperasiya otağının nümayəndə heyəti Azərbaycan R. ilə iqtisadi həmkarlığı genişləndirmək məqsədilə Naxçıvana səfər edib.
IRNA-nın məlumatına görə, İranın Qərbi Azərbaycan vilayətinin iqtisadi heyəti Naxçıvana daxil olan kimi İranın Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Mənsur Ayrem ilə görüşüb və sonra Naxçıvan Ticarət Mərkəzində olaraq, bu məntəqənin iqtisadi və istehsal imkanları ilə tanış olub.
İranın Qərbi Azərbaycan vilayətinin iqtisadi heyəti bu görüşdən sonra qida sənayesi, kənd təsərrüfatı, sənaye və ixracat sahələrində Naxçıvan Muxtar Respublikasının iş adamları ilə ixtisas görüşləri keçirib.
İranlı heyətin üzvləri həmçinin bu muxtar respublikada fəaliyyət göstərən sənaye obyektləri və zavodlara baş çəkiblər.
Mərkəzi, Naxçıvan şəhəri olan Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının bir hissəsi hesab olunur.