Zərif: Əfqanıstan böhranı hərbi həll yoluna malik deyil
İran İslam Respublikasının xarici işlər naziri deyib: Əfqanıstan böhranı üçün hərbi həll yolu yoxdur və bu böhranın həlli hərtərəfli bir strategiya tələb edir.
Məhəmməd Cavad Zərif cümə günü Bakıda "Asiyanın Qəlbi - İstanbul Prosesi" çərçivəsində keçirilən 7-ci nazirlər iclasında Əfqanıstan böhranı ilə bağlı hərtərəfli bir strategiyanın olmamasını bu ölkədə davamlı sülhün əldə edilməməsinin başlıca səbəbi adlandırıb və deyib: Əfqanıstan ötən illər ərzində müxtəlif sahələrdə yaxşı nailiyyətlər əldə edib. Amma, buna baxmayaraq, xarici təcavüz və İŞİD təhdidi ilə üz-üzədir.
İranın xarici işlər naziri İŞİD-i region və Əfqanıstanın təhlükəsizliyi üçün ciddi təhdid adlandırıb və deyib: Bu təhdidin önlənilməsi region ölkələrinin birgə əməkdaşlığına ehtiyaclıdır.
Məhəmməd Cavad Zərif Əfqanıstanda sülhün bərqərarı istiqamətində səylərin davam etdirilməsinə təkid edərək, deyib: İran narkotik maddələrin Avropaya qaçaq edilməsinin önlənilməsi məsələsində Əfqanıstan ilə əməkdaşlıq edir və narkotik problemi üçün köklü həll yolunun tapılmasına çalışır.